Onun sözlərinə görə, xarici ölkələrdə fəaliyyət göstərən erməni lobbiləri də hər zaman Azərbaycanın uğurlarına ləkə salmağa cəhd göstəriblər. I Avropa Olimpiya Oyunlarının da məhz Bakıda keçirilməsi həmin qüvvələri qıcıqlandırmaya bilməzdi: “Hazırda dünyada analoqu olmayan inkişaf tempinə görə bir çox ölkələri qabaqlayan Azərbaycanın bu uğuruna ləkə gətirməyə çalışan qüvvələrin olması da çox təbiidir. Mən təəssüflə qeyd etmək istərdim ki, xarici qüvvələrlə yanaşı bizim bu uğurumuza kölgə salmaq istəyən daxili qüvvələr da var. Bu qüvvələr özlərini müxalifətçi adlandırırlar. Lakin mən onlara müxalifətçi deməzdim. Həmin qüvvələr daha çox radikal düşüncəli insanlardır. Ancaq hər nə qədər bu uğurun qarşısını almağa çalışsalar da, Azərbaycan öz inkişaf dinamikasına uyğun olaraq irəliləyəcəkdir”.
Milli.Az