ABŞ-ın Texas ştatının Renkin şəhərinin yaxınlığındakı neft buruqlarının birində partlayış nəticəsində 3 nəfər ölüb. Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, hadisə "Parsley Energy" şirkətinin buruğunda baş verib. Qəza standart işlər aparılarkən qeydə alınıb. Hadisənin səbəbləri aydınlaşdırılır.Milli.Az