Azərbaycan, Bakı, 11 mart /Trend/

ABŞ-ın Texas ştatının Renkin şəhərinin yaxınlığındakı neft buruqlarının birində partlayış nəticəsində 3 nəfər ölüb.

Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, hadisə "Parsley Energy" şirkətinin buruğunda baş verib.

Qəza standart işlər aparılarkən qeydə alınıb. Hadisənin səbəbləri aydınlaşdırılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az