“Milan Expo-2015” sərgisi Azərbaycan ilə İtaliya arasında aqrar sahədə əlaqələrin inkişafına töhfə verəcək
Bakı, 11 mart, AZƏRTAC
Kənd təsərrüfatı naziri Heydər Əsədov martın 11-də Azərbaycanda səfərdə olan Beynəlxalq “Milan Expo-2015” sərgisinin İtaliya pavilyonunun nümayəndələri ilə görüşüb.
Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən bildiriblər.
Nazir Heydər Əsədov görüşdə Azərbaycanın tarixən aqrar ölkə olduğunu, iqtisadiyyatımızın yüksək templə inkişaf etdiyini, ölkə rəhbərliyinin aqrar sektora böyük önəm verdiyini qonaqların diqqətinə çatdırıb.
Azərbaycanda qeyri-neft sektorunda kənd təsərrüfatının prioritet sahə olduğunu vurğulayan nazir, 2014-cü ildə ümumi daxili məhsulda kənd təsərrüfatının payının 5 faizə çatdığını, ölkə əhalisinin 37 faizinin bu sahə ilə məşğul olduğunu bildirib. Qeyd olunub ki, qarşıda duran əsas vəzifə əhalinin daxili istehsal hesabına ərzaq məhsullarına olan təlabatının tam ödənilməsi və ixrac potensialının artırılmasından ibarətdir.
Nazir Prezident İlham Əliyev tərəfindən 2015-ci ilin “Kənd təsərrüfatı ili” elan olunmasını ölkə rəhbərliyinin aqrar sahəyə verdiyi diqqət və qayğının təzahürü kimi qiymətləndirib.
İtaliyanın “Milan Expo-2015” pavilyonunun nümayəndələri sərginin məqsədinin sağlam həyat və ekologiyaya, təhlükəsiz və sağlam qidalanmaya diqqət çəkməkdən ibarət olduğunu qeyd ediblər. Azərbaycan ilə İtaliya arasında əlaqələrdən danışan qonaqlar bu əməkdaşlığın qədim tarixə malik olduğunu bildirib, Azərbaycanda istehsal olunmuş kənd təsərrüfatı məhsulları və eksponatlar üçün pavilyonda xüsusi yer ayrıldığını, sərginin ölkələrimiz arasında aqrar sahədə əlaqələrin daha da inkişafına töhfə verəcəyini vurğulayıblar.
Görüşdə pavilyon barədə geniş məlumat verilib, təşkilati məsələlər müzakirə olunub.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Pambıqdan yüngül planet kəşf edildi
Bu gün
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Bu gün
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Bu gün
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Bu gün
·
20:51
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06