Bakı, 11 mart, AZƏRTAC
İcbari Sığorta Bürosu tərəfindən noyabrın 1-i 2014-cü il tarixdə, Bakı şəhəri, Nərimanov rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində ağır dərəcəli bədən xəsarətləri alması ilə əlaqədar Azərbaycan Respublikasının vətəndaşına 1500 manat (bir min beş yüz manat), məbləğində kompensasiya ödənişi verilib.
İcbari Sığorta Bürosundan AZƏRTAC-a bildiriblər ki, kompensasiya ödənişi poçt vasitəsi ilə 2015-ci il mart 6-da köçürülüb.