S.Fətəliyeva bildirib ki, bu dairələrin başında erməni lobbisi dayanır. Ona görə də, Azərbaycanın uğurlarına və nüfuzuna kölgə salmaq məqsədilə bu cür cəhdlər edilir. Şöbə müdiri xatırladıb ki, 2012-ci ildə ölkəmizdə "Evrovision" mahnı müsabiqəsinin keçirilməsi ərəfəsində də belə cəhdlər olmuşdu. Amma o zaman bütün dünya Azərbaycanın necə güclü, sivil bir dövlət olduğunun şahidi oldu.
"Bu mənada hesab edirəm ki, Azərbaycan ilk Avropa Oyunları vasitəsilə özünü bütün dünyaya bir daha azad, demokratik, sivil dövlət kimi təqdim edəcək. Bu mötəbər tədbir ərəfəsində bəzi dairələr ölkəmiz haqda mənfi imic formalaşdırmağa çalışırlar. Amma düşünürəm ki, Avropa Oyunları zamanı belə qeyri-obyektiv fikirlərin puç olacağına bir daha şahidlik edəcəyik", - S.Fətəliyeva vurğulayıb.
Milli.Az