Azərbaycanlı model Günay Musayeva boşanmağa hazırlaşdığı aktyor Tolqa Karellə bağlı yeni probemlə qarşılaşıb.
Modelin sürücüsü Özkan Berber aktyora yumruq atdığı üçün məhkəməyə verilib.
Milli.Az AHT-yə istinadən bildirir ki, sürücünü 2 ildən 5 ilədək həbs gözləyir.
Tolqa Karelin məhkəməyə yolladığı iddia ərizəsində deyilir ki, o, 3 aydan bəri ayrı yaşadığı arvadının evinə gedib, amma Günay Musayevanı evdə tapmayıb.
"Avtomobil dayanacağına enəndə mənə namələm şəxs yaxınlaşdı və yumruq atdı. Qaçdım", - ərizədə deyilir.
Ö.Berberə bundan sonra 3 ay müddətində T.Karelə yaxınlaşmaq qəti qadağan olunub.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin

























