Abşeron rayonu Xırdalan şəhərində bacısını güllələyən şəxs istintaqa ifadə verib və hadisənin təfərrüatlarına aydınlıq gətirib.Hadisə vaxtı bacısını güllələyən qardaş sərxoş vəziyyətdə olub
"Report"un məlumatına görə, 1965-ci il təvəllüdlü Lətifova Aybəniz İmranəli qızını güllələyən, 1963-cü il təvəllüdlü Abduləliyev Nadir İmranəli oğlu bacısını əxlaqsızlıqda ittiham edərək ona ov tüfəngi ilə atəş açdığını bildirib. Hadisə isə Xırdalan şəhərində yerləşən banklardan birinin qarşısında olub. Belə ki, hadisədən əvvəl A.Lətifova qardaşı N.Abduləliyevi banka çağıraraq ona kredit götürdüyünü və zamin durmasını xahiş edib. Çağırılan yerə sərxoş vəziyyətdə gələn N.Abduləliyev üzərində gəzdirdiyi lüləsi kəsik ov tüfəngi ilə bacısına iki dəfə atəş açıb. Hadisədən sonra N.Abduləliyev polislər tərəfindən saxlanılıb.
Qeyd edək ki, N.Abduləliyev və zərərçəkən A.Lətifova bacı-qardaş olmaqla bərabər, həm də qudadılar.
Milli.Az