Ağdam rayonu Çəmənli və Qaradağlı kənd orta məktəbi cəbhəyanı bölgələrdə yerləşir. Atəşkəs rejimini hər gün pozan düşmən silahlarının vahiməli səslərinə bu yerlərdə yaşayan əhali artıq vərdiş edib. Hamı öz işində-gücündə, bağında-bağçasında gündəlik qayğıları ilə məşğuldur. Gözünü bu yerlərdə dünyaya açan uşaqlar də məktəblərdə dərslərin güllə səsləri altında keçilməsinə artıq vərdiş ediblər. Cəbhə zolağında yaşamağın öz çətinlikləri, narahatlıqları olsa da, bütün bunlar onların təhsil almasına əngəl yaratmır.

Qeyd edək ki, Çəmənli və Qaradağlı kənd orta məktəbinin şagirdləri yeni inşa olunmuş məktəblərdə oxuyurlar.

Milli.Az "Report"a istinadən Ağdam məktəblilərinin fotoşəkillərindən ibarət reportajı təqdim edir.

Milli.Az