"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatı yeni edam videosu yayıb.
 
Bu videoda homoseksualizm və şirkdə suçlanan 3 nəfərin başları bədənlərindən qılıncla ayrılıb.
 
Milli.Az Al Arabia-ya istinadən bildirir ki, olay İraqın şimalındakı Nineviya əyalətində baş verib.
 
Şəriət məhkəməsinin qərarı ilə ikisi homoseksualizmdə, biri də şirkdə suçlanmış şəxslər meydana çıxarılıblar. Diz çökmüş bu adamların cinayətlərini oxuyan "Şəriət məhkəməsinin hakimi" daha sonra üzu maskalı İŞİD mənsublarına "Başlayın!" əmri verib.
 
Əlində uzun və paslı tiyəli dəhrə təki qılınc tutmuş cəllad bu adamlara yaxınlaşaraq onların başlarını bədənlərindən ayırıb.
Ekspertlərin dediklərinə görə, edamlar Nineviya əyalətinin paytaxtı Mosulda gerçəkləşdirilib.
 
Milli.Az