“Bir qadın, bir uşaq” təşəbbüsü davam edir
Bakı, 11 mart, AZƏRTAC
BMT-nin Nyu-Yorkdakı qərargahında “Bir qadın, bir uşaq” təşəbbüsün həyata keçirilməsi ilə bağlı toplantı keçirilib.
“Bir qadın, bir uşaq” kampaniyası uşaq və qadın sağlamlığının qlobal mühafizəsi strategiyası çərçivəsində BMT-nin Baş katibi Pan Gi Mun tərəfindən elan olunub. Təşəbbüs 2010-ci ildə BMT Baş Məclisinin sessiyasında təsdiq olunub. Onun məqsədi tibbi xidmətlərin göstərilməsi sisteminin yaxşılaşdırılması, bu sahəyə ayrılan maliyyənin artırılması və siyasi iradənin gücləndirilməsi yolu ilə beş yaşına qədər daha 15 milyon uşağın, 570 min qadının hamiləlik və doğuş zamanı ölümünün qarşısını almaqdır.
“Beş ildən sonra da bu tərəfdaşlıq davam edir və böyüyür”, - Pan Gi Mun deyib. O vurğulayıb ki, 2010-ci ildən başlanan bu təşəbbüsə dünyanın bir çox ölkələrindən 300 tərəfdaş qoşulub. Onlar qadınların və uşaqların sağlamlığının yaxşılaşdırılmasına yönəldilmiş 400 konkret öhdəlik götürüblər.
Bu təşəbbüs sayəsində beş il ərzində 2,4 milyon qadın və uşağın həyatını xilas etmək mümkün olub. Uşaqlar ishal əleyhinə dərmanlarla təmin olunub, onların çoxu düzgün qida almağa başlayıblar. Kampaniya əsasən ana südünün faydası haqqında əhalinin məlumatlandırılması üzrə aparılıb. Bu gün qadınların əksəriyyəti tibb müəssisələrində uşaq doğur, o cümlədən qadınlara və qızlara bu müəssisələrdə tibbi xidmət göstərilir.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10