Abşeron rayonunda ağacları kütləvi şəkildə qırırlar.

Bu barədə ANS PRESS-in "Qaynar xətti"nə məlumat verilib. Verilən məlumata görə, hadisə Masazır qəsəbəsində qeydə alınıb.

"Bu gün səhər saatlarından başlayaraq, Masazır qəsəbəsində, Heydər Əliyev küçəsində şam ağaclarını kütləvi şəkildə qırıblar. 100-dən çox şam ağacı kəsilib. Onlara mane olmağa çalışdıq, amma bacarmadıq", - deyə şikayətçi bildirib.

Məsələ ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etdik. Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın ANS PRESS-ə verdiyi məlumata görə, qeyd edilən ərazidə heç bir dövlət əhəmiyyətli iş görülmür. Bu səbəbdən həmin ünvana nazirliyin əməkdaşları göndərilib.

"Ağac kəsimilə bağlı verilən informasiyanı dəqiqləşdirmək üçün qeyd edilən ünvana əməkdaş göndərdik. Məsələni araşdırıb, nəticəsini bildirəcəyik", - deyə İradə İbrahimova bildirib.
Mənbə
ANS PRESS