[ 11 Mart 2015 11:19 ]



Bakı. Fuad Cəfərov - APA. Bakı sakini intihara cəhd edib.

 

Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Dadaş Bünyadzadə küçəsi ev 15-də qeydə alınıb.

 

Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Samirə Zülfəli qızı Əliyeva ailə münaqişəsi zəminində özünü binanın 8-ci mərtəbəsindən atacağını bildirib. Əraziyə gələn Yasamal Rayon Polis İdarəsinin və 29-cu Polis Bölməsinin əməkdaşlarının apardığı profilaktik söhbət nəticəsində S.Əliyeva fikrindən daşındırılıb.

 

Hazırda faktla bağlı araşdırma aparılır.