Trend Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə hakim partiyanın seçkiqabağı bəyanatında bildirilir.
Bəyanatda qeyd edilir ki, Cənubi Qafqaz regionu Türkiyə üçün mühüm əhəmiyyət kəsb edir.
Sənəddə o da bildirilir ki, AKP islamofobiya ilə aktiv mübarizə aparmaq niyyətindədir.
Bu il iyunun 7-də keçiriləcək parlament seçkilərində 31 siyasi partiyanın nümayəndələri iştirak edəcəklər.
Türkiyə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır.
Milli.Az