"Qremmi" mükafatının sahibi ayaqlarını rekord qiymətə sığortaladıb. ANS PRESS-in məlumatına görə, bu addımı amerikalı müğənni Taylor Svift atıb.

Dünya turnesinsə çıxmağa hazırlaşan müğənni ayaqlarını 40 milyon dollara sığortalayıb.

25 yaşlı ifaçı mahnıları olduğu qədər səhnə şouları və rəqsləri ilə də məşhurdur. O, ayaqları səhnədə hər hansı qəza və zədə alarsa işini itirməmək üçün sığortaladıb.

Müğənninin yaxınları bu rəqəmin onun özünü belə təəccübləndirdiyini deyib. "Teylor bu rəqəmi eşidəndə həm təccübləndi, həm də utandı. O ayaqlarının bir milyon dəyərində olduğunu düşünürdü".










Mənbə
ANS PRESS