[ 11 Mart 2015 10:16 ]



Bakı. Vüsal Nəbiyev - APA-Economics. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri  Elman Mehdiyev martın 18-də saat 11:00-da İmişli şəhərində yerləşən Heydər Əliyev Mərkəzində İmişli, Saatlı, Sabirabad, Cəbrayıl, Beyləqan, XocavəndFüzuli rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.

 

DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan "APA-Economics"ə verilən məlumatına görə, qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar fondun info@sspf.gov.az elektron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:

 

           Fondun Aparatında                (012) 434-12-34

           İmişli rayon şöbəsində            (02124) 6-36-68

           Saatlı rayon şöbəsində            (02128) 5-27-02

           Sabirabad rayon şöbəsində      (02123) 5-50-56     

           Cəbrayıl rayon şöbəsində         (02638) 4-62-02

           Beyləqan rayon şöbəsində       (02122) 5-29-63

           Xocavənd rayon şöbəsində      (02122) 3-52-17

           Füzuli rayon şöbəsində            (02631) 5-54-06

        

Qəbulda iştirak edəcək vətəndaşların martın 18-də DSMF-nin müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçiriləcəyi ünvana aparılıb-gətirilmələri təmin olunacaq.