"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatı yeni edam videosu yayıb.
Terror qruplaşmasının "Al Furkan Media House" adlı təbliğat və təşviqat bölməsinin sosial şəbəkələrdə paylaşdığı videoda İsrailə "casus"luqda suçlanan 19 yaşlı Məhəmməd Səid İsmayıl Müsəlləm başına tapançadan atəş açılaraq öldürülür.
Milli.Az bildirir ki, videoda 19 yaşlı Məhəmməd İsrail vətəndaşı olduğunu və "İsrailə casusluq" etdiyini boynuna alır.
Əynində narıncı kombinezon olan Müsəlləm söyləyir: "Məni buraya İsrail yollayıb. İsrailin Mossad kəşfiyyat xidmətinin təlim-məşq bazasında hazırlıq keçəndən sonra məni Suriyaya yolladılar. İŞİD-lə bağlı məxfi məlumatları əldə etməyim və İsrailə yollamağım tapşırılmışdı. Atam və qardaşım da casus qismində buraya göndəriliblər. Məqsədimiz İŞİD üzvlərinin sayı, silahları, texnikası və raketləri barədə bütün informasiyaları əldə etməkdi".
"Xilafətin gənc aslanı" adlanan videoda daha sonra İŞİD cəldladları danışırlar.
"Ey yəhudilər, Allah bizə sizləri və kafirləri Fransada cəzalandırmağa imkan verdi. Bundan sonra da belə olacaq. İndi isə Xilafətin gənc aslanı Mossadın bura yolladığı, mücahidlərin və müsəlmaların sirlərini yığmağı tapşırdığı casusu edam edəcək. Yəhudilər və mürtədlərə xidmət edən hər kəsin sonu belə olacaq", - İŞİD terrorçuları söyləyiblər.
Bundan sonra Məhəmməd Səid İsmayıl Müsəlləm barədə müfəssəl məlumat verilir, onun və ailə üzvlərinin fotoları göstərilir.
Daha sonra İŞİD-in iki üzümaskalı mənsubu fransız dilində danışaraq İsraili, ABŞ-ı və ümumiyyətlə, Qərbi hədələyir.
Bundan sonra 12 yaşlı oğlan əlindəki tapançanı diz çökmüş Müsəlləmin alnına yönəldərək bir neçə dəfə atəş açır.
Ekspertlərin fikrincə, bu videoda İŞİD mənsublarının fransız dilində danışmalarının səbəbi Fransada yaşayan müsəlmanlara xitabdır.
İŞİD hesab edir ki, Fransada yaşayan milyonlarla müsəlman ölkədə antiislam əhval-ruhiyyənin artmasından sonra özlərini narahat hiss edirlər.
Fələstinli, 19 yaşlı Məhəmməd Səid İsmayıl Müsəlləm Qüdsün şərqində yaşayırdı.
İsrailin Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Müsəlləm ötən ilin oktyabrın 24-də Türkiyədən Suriya ərazisinə keçərək İŞİD-ə qoşulmuşdu.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin.













