Bakı, 11 mart, AZƏRTAC
Hacıqabul şəhərində ümumi sahəsi 90 kvadratmetr olan birmərtəbəli 3 otaqlı evin bir otaq və mətbəxi ev əşyaları ilə birgə yanıb.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, yanğının kəşfiyyatı zamanı ev sahibi 1962-ci il təvəllüdlü Kazımov Asif Mirzağa oğlunun meyiti aşkar olunub.
Evin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Alov yanğınsöndürənlər tərəfindən söndürülüb.