Bakı, 10 mart, AZƏRTAC
Martın 9-da respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınan 50 cinayət faktından 17-nin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 10 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Respublikanın avtomobil yollarında qeydə alınan 7 yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər ölüb, 8 nəfər yaralanıb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli bir fakt müəyyən edilib.
Cinayət törətdiyinə görə 15 nəfər tutulub.