Bakı, 10 mart, AZƏRTAC
Gənclər və idman naziri Azad Rəhimov martın 12-də saat 11-də Mingəçevir şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edəcək.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbulda Mingəçevir, Ağdaş, Ağsu, Bərdə, Göyçay, Kürdəmir, Tərtər, Ucar, Yevlax və Zərdab rayon sakinləri iştirak edəcəklər.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar həmin şəhər və rayonların gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.