Batumidə fəaliyyət göstərən müsəlman icması iki yeni bina ilə təmin olunub
Tbilisi, 10 mart, AZƏRTAC
Batumidə fəaliyyət göstərən müsəlman icması – Qərbi Gürcüstan Müftisi iki yeni bina ilə təmin olunub.
AZƏRTAC xəbər verir ki, binaların müsəlmanlara təhvil verilməsində Gürcüstanın Baş naziri İrakli Qaribaşvili də iştirak edib. Baş nazir deyib: “Biz hamımız bir ölkənin övladlarıyıq və insanların, xüsusən də gənc nəslin gələcəyi bizi narahat edir. İnanıram ki, biz birlikdə çox iş görə bilərik. Bu cür addımlar bizi daha da yaxınlaşdırır və bəzi problemlərin həllinə səbəb olur. Bu cür addımlar davamlı olacaq”.
Müsəlman icmasının üzvləri Gürcüstan hökumətinin bu qayğısını yüksək dəyərləndirib və bu cür addımları ölkədə dini ekstremizmə qarşı mübarizədə ən yaxşı vasitə adlandırıblar.
Gürcüstan Müsəlmanları İdarəsinin müftisi hacı Yasin Əliyev AZƏRTAC-a bildirib ki, yeni binalardan biri Qərbi Gürcüstan müftisinin iqamətgahı, digəri isə Gürcüstan Təhsil Nazirliyi tərəfindən tanınan Dini Ali Məktəb kimi fəaliyyət göstərəcək.
Y.Əliyevin sözlərinə görə, Baş nazir İ.Qaribaşvili iki binanın arasında olan 1000 kvadratmetr ərazinin də müsəlman icmasına verilməsi barədə Acarıstan hökumətinin başçısına göstəriş verib.
Müfti onu da bildirib ki, yaxın vaxtlarda Şərqi Gürcüstan Müsəlmanları İdarəsinə də yeni binalar veriləcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Top xəbərlər
Layihələr
Son xəbərlər
İran hərəkatı başladı - Trampdan açıqlama
Bu gün
·
01:52
Bu bürclər üçün şans qapıları açılır
Bu gün
·
01:15
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10