Bakı, 10 mart, AZƏRTAC 
Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Xorvatiya və Sloveniyaya rəsmi səfərə yola düşüb.
Zakir Həsənov Xorvatiyanın müdafiə naziri Ante Kotromanoviçin dəvəti ilə martın 10-dan 12-dək bu ölkədə səfərdə olacaq. Nazirin sloveniyalı həmkarı Yanko Veberin dəvətinə əsasən bu ölkədə səfəri isə martın 12-dən 14-dək davam edəcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində hər iki ölkənin rəhbərliyi ilə bir sıra görüşlərin keçirilməsi, ikitərəfli hərbi əməkdaşlığın perspektiv istiqamətlərinin müzakirə edilməsi, təhlükəsizlik və digər məsələlərə dair fikir mübadiləsinin aparılması planlaşdırılır.