Gəncə, 10 mart, AZƏRTAC
Gəncəlilər yaşıllaşdırma aksiyası çərçivəsində Heydər Əliyev parkında 100 min qızılgül kolu əkəcəklər. Bu məqsədlə parkda ümumşəhər iməciliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, aksiyaya IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın Gəncədə olarkən parkda əkdiyi çinar ağacının ətrafından başlanılıb. Təşəbbüsə böyük həvəslə qoşulan şəhərin idarə və təşkilatlarının nümayəndələri aksiyanın birinci günü 5 mindən çox qızılgül kolu əkiblər.
Aksiyanın Novruz bayramınadək başa çatdırılması nəzərdə tutulub.