Bakıda "FORD" markalı sərnişin avtobusu yanıb
Aznews.az FHN-in saytına istinadən xəbər verir ki, hadisə Xəzər rayonunda qeydə alınıb.

Belə ki, vətəndaşa məxsus "FORD" markalı sərnişin avtobusunun salon hissəsinin yanar konstruksiyaları, içərisinə yığılmış meyvə çərəzləri və 2 ədəd arxa təkəri yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Milli.Az