İŞİD terror təşkilatı içərisində parçalanma baş verir.

ANS PRESS-in məlumatına görə, terror təşkilatı üzvlərindən bəziləri qrupu tərk etmək istəyiblər.

İngilis əsilli olan 5 nəfər İŞİD-çi Suriyadan Türkiyəyə keçmək istəyiblər. Onlar Türkiyəyə keçmək istəyiblər. Lakin İŞİD-in üzvləri silahdaşlarının xəyanətindən xəbər tutub.

Türkiyə sərhəddindən 30 kilometr aralıda, Əl-Bab qəsəbəsində terrorçular arasında şiddətli düyüş başlayıb.

Atışma zamanı 4 İŞİD üzvü öldürülüb.

Türkiyəyə qaçmaq istəyən terrorçular da məhv edilib.

Mənbə
ANS PRESS