Fırıldaqçılar WhatsApp mobil tətbiq istifadəçilərinə proqramın masaüstü fərdi kompüter və ya noutbuk üçün versiyasını yükləməyi təklif edirlər. Əslində isə proqram versiyasına olan istinada keçid etdikdə virus yüklənir. Qeyd edək ki, kompüterin köməyi ilə WhatsApp messencerində ünsiyyət üçün əlavə heç nə yükləmək lazım deyil.
 
Milli.Az ICTnews-a istinadən bildirir ki, kibercinayətkarlar internet bankların loqin və parollarını oğurlamaq üçün yeni üsul (WhatsApp proqramının sadəlövh istifadəçilərini aldatmaq) tapıblar.
 
"Məktubda, guya, WhatsAppın rəsmi saytına yönəldən istinad var. Əslində istinadın üzərinə mausla sıxan istifadəçi WhatsAppInstall.exe icra olunan faylını yükləmiş olur. Bu ad altında Win32/TrojanDownloader.VB.QRM troyan virusu gizlənir" – ekspertlər bildiriblər.
 
Windows əməliyyat sisteminə yükləndikdən sonra sözügedən troyan internet banklara giriş üçün qeydiyyat məlumatlarını oğurlamaq üçün nəzərdə tutulmuş başqa zərərli proqram sistemi yükləyir.
 
Eset antivirus şirkətinin mütəxəssisləri təyin ediblər ki, bu zərərli proqram Braziliyada yaradılıb.
 
2015-ci ilin yanvarında WhatsApp öz messencerinin veb-versiyasını buraxıb. Ancaq istifadəçilər heç bir proqram yükləməli deyillər. Messencer istənilən başqa veb səhifə kimi birbaşa brauzerdə açılır.
 
Milli.Az