Lent.az məşhur Hollivud ulduzu 2 uşaq anası 33 yaşlı aktrisa Cesika Albanın Türkiyənin “Sözcü” qəzetinə müsahibəsini ixtisarla təqdim edir.  

 

- Gələcəkdə gözəlliyinizi itirməkdən qorxursunuz?

- Xeyr, yaş üstünə yaş gəldikcə daha yaxşı olacağımı düşünürəm. Bilmirəm, amma nədənsə bu halımı 20 yaşlardakı halımdan daha çox bəyənirəm. Əgər özünüzdən əmin və olduğunuz yaşla qürur duyursunuzsa, özünüzü gözəl hiss edəcəksiniz. Gözəl görünmək, özünüzə nə qədər dəyər vermənizlə əlaqəlidir.

 

- Hər kəs xüsusi gözəllik reseptinizin olduğunu deyir. Gözəllik sirriniz nədir?

- Nənəm həmişə avokado kimi təbii məhsullar, saç üçün zeytun yağı, üz üçün qəhvəli-ballı qatıq, ya da bədən üçün yağ təmizləyən məhsul istifadə edirdi. Gözə xiyar qoymaq,  qapıdan çıxmadan əvvəl çənəni çimdikləmək kimi tipik şeylər də edirəm.

 

- Ana olduqdan sonra həyatınızda nə dəyişdi?

- Daha çox perspektiv sahibi oldum. Analıq və karyeram mənim üçün çox vacibdir. Uşaqlara daha çox vaxt ayırıram.

 

- Aktrisa olaraq özünüzü bəyəndiyiniz 3 film hansıdır?

- “Fantastik dördlük” filmindən böyük zövq aldım. “Günah şəhəri”, “Çətin ata-3” filmlərindən də zövq  aldım.

 

- Həmişə aktrisa olmaq istəyirdiniz, yoxsa başqa peşəyə də marağınız var idi?

- Aktrisalığı sevərirəm. Xəyallarımı bəzəyən bir peşəyə sahibəm. 3 il əvvəl şirkət qurdum və çox uğurlu alındı. “The Honest” şirkətimdə sağlamlıq üçün məhsullar, xəstəxana təmizləmə məhsulları,  baxım məhsulları,  körpə qidaları satırıq. Aktrisa olmasaydım, ticarətə də erkən atıla bilərdim. Bunu sevirəm.

 

- Özünüzü seksual hiss etmək üçün hansı geyimləri geyinirsiniz?

- Əhvalıma görə dəyişir. Bəzən ərimləykən daha rahat şeylər geyinirəm, bəzən daha feminen geyinirəm.