Milli park İdarəsi şəhər sakinləri və qonaqlar üçün sürpriz hazırlayıb. ANS PRESS-in məlumatına görə, bulvar ərazisində nəhəng gül buketi qoyulub.

Buket Saat Qülləsinin yaxınlığına yerləşdirilib. Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov ANS PRESS-ə verdiyi açıqlamasında bildirib ki, buketdə rəngarəng 3 min çiçəkdən istifadə edilib.

Nəhəng buket Dənizkənarı Bulvar İdarəsinin rəhbərliyi qadınlara 8 Mart hədiyyəsidir.

N.Məcidovun sözlərinə görə, Azərbaycanda ilk dəfədir ki, belə addım atılıb. "Buketin uzunluğu 5, hündürlüyü isə 3 metrdir. Bu buket 8 mart münasibəti ilə hazırlansa da, uzun müddət bulvar ərazisində qalacaq".

Qeyd edək ki, Bakıda hazırlanıb.









Mənbə
ANS PRESS, Foto Polad Qasımov