Bir neçə erməni Türkiyə parlamentinin deputatı olmaq istəyir, yəni Anadolu türkləri demişkən, millət vəkilliyinə soyunublar.

ANS PRESS-in məlumatına görə, Türkiyədə yaşayan ermənilərin çoxu öz namizədliklərini kürdpərəst Xalqların Demokratik Partiyasının (HDP) siyahısından veriblər.

Onların sırasında Yeşilköy erməni məktəbinin təmsilçisi, HDP mərkəzi icraiyyə komitəsinin üzvü Karo Paylan var. Eyni partiyadan namizədliyini Muş erməni şurasının sədr müavini Nvard Bakrcoğlu da verib. HDP-dən namizədliyini vermiş üçüncü erməni isə Derikeli Zəkəriyyə Sabuncudur.

Müxalifətçi kamalist Cumhuriyyət Xalq Partiyasından (CHP) isə namizədliyini bir erməni qadın Talin Ərgüneş irəli sürüb.

Hakim AKP-dən isə namizədliyini irəli sürmüş erməni “Sabah” və “Yeni Şafak” qəzetlərinin köşə yazarı Marqar Yesayandır.
Mənbə
ANS PRESS