Dünyanın ən məşhur supermodellərindən biri Miranda Kerr eşqə düşüb.
 
31 yaşlı xanım bu barədə İnstagram-dakı profilində yazıb.
 
Milli.Az TMZ-yə istinadən bildirir ki, avstraliyalı M.Kerr sevgilisinin adını açıqlamasa da, artıq tək olmadığını və "həyatında əsl kişinin peyda olduğunu" vurğulayıb.
 
Tanınmış aktyor Orlando Blumdan boşanandan sonra Miranda Kerr yaşamını 4 yaşlı oğlu Flinin təlim-tərbiyəsinə həsr etdiyini söyləmişdi.
 
Milli.Az