Xırdalan bazarında silahlı insident baş verib.
 
Abşeron Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün Xırdalan Mərkəzi Bazarında qeydə alınıb.
 
İlkin məlumata görə, şəxsiyyəti hələlik məlum olmayan şəxs bacısına atəş açaraq onu yaralayıb.
 
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları insident baş verən ərazidə araşdırma aparırlar.

Milli.Az