[ 10 Mart 2015 14:33 ]



Bakı. Fuad Cəfərov - APA. Xırdalan bazarında silahlı insident baş verib.

 

Abşeron Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün Xırdalan Mərkəzi Bazarında qeydə alınıb.

 

İlkin məlumata görə, şəxsiyyəti hələlik məlum olmayan şəxs bacısına atəş açaraq onu yaralayıb.

 

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları insident baş verən ərazidə araşdırma aparır.