[ 10 Mart 2015 14:16 ]



Bakı. Fuad Cəfərov - APA. Bakı sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

 

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, martın 9-da Nizami rayonunun Keşlə qəsəbəsində yerləşən “Komfort-S” MMC-də operator işləyən Bakı şəhər sakini İsa Hüseynov şirkətin həyətində hündürlükdən yıxılıb.

 

Xəstəxanaya yerləşdirilən İ.Hüseynov orada ölüb. 

 

Faktla bağlı araşdırma aparılır.