Aprelin 2-4-də Bakıda “HOREX Caucasus 2015” sərgisi keçiriləcək
Bakı, 10 mart, AZƏRTAC
Aprelin 2-4 tarixlərində Bakı Ekspo Mərkəzində regionun mehmanxana və restoran sənayesi üzrə yeganə ixtisaslaşdırılmış tədbiri – IX Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün avadanlıq və ləvazimatlar (“HOREX Caucasus 2015”) sərgisinə start veriləcək. Sərginin təşkilatçıları qismində “Iteca Caspian LLC” və onun Böyük Britaniyalı tərəfdaşı “ITE Group
Plc” şirkətləri çıxış edirlər.
“Iteca Caspian LLC”dən AZƏRTAC-a verilən məlumata görə, yaxın gələcəkdə Azərbaycanda birinci Avropa Oyunları (“Baku 2015”), Beynəlxalq Şahmat Federasiyasının Kuboku (“FİDE 2015”), Asiya İnkişaf Bankının 48-ci İllik Toplantısı (“ABD Annual Meeting 2015”), “Formula-1” avto-yarışları üzrə dünya çempionatının mərhələsi (2016), Şahmat üzrə Dünya Çempionatı (2016) və İslam Həmrəylik Oyunları (2017) kimi çoxsaylı beynəlxalq tədbirlərin keçirilməsi planlaşdırılır. Həmin tədbirlərin keçirilməsi ilə əlaqədar mehmanxana, restoran, idman kompleksləri və biznes mərkəzlərinin intensiv tikintisi həyata keçirilir ki, bu da “HOREX Caucasus 2015” sərgisinin əhəmiyyətini daha da artırır. Belə ki, məhz bu sərgidə yeni inşa edilmiş və gələcəkdə inşa olunacaq obyektlər üçün “Mehmanxana, restoran və kafelər” (“HoReCa”) sektoru üzrə aparıcı beynəlxalq istehsalçı və distribüterlərin təklif etdikləri bütün zəruri avadanlıq və ləvazimatları,
eləcə də qida məhsulları və içkiləri seçmək mümkün olacaq.
“HOREX Caucasus 2015” sərgisində Azərbaycan, İtaliya, Koreya,
Litva, Rusiya və Türkiyənin aparıcı şirkətləri təqdim olunacaqlar. Sərgi
iştirakçıları arasında “Afidamp”, “Asena”, “Ateşe Makine Kazan”, “Billur
MS”, “Coffee Planet Azerbaijan”, “GMG”, “Günəş”, “Guven Halicilik”,
“HoReCa”, “Hotstar”, “HRS” (“Hotel & Restaurant Systems”), “Hurom”, “InterIsi”, “Refra” ASC, “Kaan Celik Kasa”, “Lactalis”, “Netsa Metal”, “RULOPAK Hijyen Sistemleri”, “Zama” və başqa şirkətlər yer alır.
Sərginin ziyarətçiləri qismində mehmanxana, ticarət və mətbəx avadanlıqları üzrə distribüterlər və istehsalçılar, habelə rəhbər şəxslər, marketinq, eləcə də restoran, mehmanxana və spa mərkəzlərinin tədarük menecerləri dəvət ediləcəklər. Həmçinin, sərginin ziyarətçiləri arasında şadlıq sarayları, supermarketlər, iaşə xidmətləri, istirahət ocaqları, sağlamlıq mərkəzləri, fitnes klublar, sanatoriya və biznes mərkəzlərinin tədarük üzrə menecerləri də olacaq.
“HOREX Caucasus 2015” sərgisi yeni məhsul və xidmətlərin nümayiş etdirilməsi üçün unikal platforma olmaqla yanaşı, qonaqpərvərlik sənayesi üzrə avadanlıq, texnologiya, məhsul və xidmətlərin istehlakçıları və istehsalçıları arasında yeni səmərəli və qarşılıqlı faydalı əlaqələrin qurulması, eləcə də faydalı müqavilələrin imzalanması və etibarlı podratçılarla iş birliyi üçün əla imkan yaradacaq.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Polad Həşimovun şəhadətə ucalmasından altı il ötür
Bu gün
·
00:12
İnsanlara güvənməyən ən şübhəçil 5 bürc
Bu gün
·
00:12
Azərbaycanda nə qədər ev ipotekadadır?
Dünən
·
23:55
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Dünən
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Dünən
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Dünən
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Dünən
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Dünən
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Dünən
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Dünən
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Dünən
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Dünən
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Dünən
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Dünən
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Dünən
·
20:51