Safari gəzintisinə çıxan cütlük çətin anlar yaşayıb.

ANS PRESS-in məlumatına görə, gənc oğlan və qız avtomobilləri ilə bizon sürüsünün arasından keçərkən heyvanlarla əylənməyə başlayıblar.

Qız əlini pəncərədən çölə çıxardaraq bizonlara yemək verib. Bunun əyləncəli olduğunu düşünən qız başına gələcəklərdən xəbərsiz heyvanlarla maraqlı vaxt keçirməyə davam edib.

Ancaq ac bizon yenidən yemək istəyib və bu dəfə başını avtomobilin pəncərəsindən içəri salıb. Həyəcanlanan gənc qız əlindəkilərin hamısını bizona verib. Lakin bizon dilini çölə çıxararaq qızdan bir az da yemək istəyib.

Avtomobili idarə edən oğlan isə gərgin vəziyyəti fərq edib və dərhal maşının sürətini artırıb. Beləliklə də oğlan əyləncəli istirahətin faciə ilə bitməsinin qarşısını alıb.

Mənbə
ANS PRESS