[ 10 Mart 2015 12:17 ]



Bakı. Könül Kamilqızı - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən keçirilməsi nəzərdə tutulan zona müşavirələrinin vaxtı dəyişdirilib.

 

TQDK-nın mətbuat xidmətindən bununla bağlı yayılan açıqlamada bildirilib ki, komissiya martın 15-də rezidenturaya qəbul imtahanı və peşə liseylərinin məzunları üçün buraxılış imtahanları keçirəcək. Bununla əlaqədar olaraq komissiya tərəfindən  zona müşavirələrinin  başqa vaxtda keçirilməsi qərara alınıb.

 

Qeyd edək ki, TQDK tərəfindən respublikanın 9 rayonunda 2014/2015-ci tədris il üçün ali təhsil müəssisələrinə qəbul imtahanlarının elmi-statistik təhlilinə həsr olunmuş zona müşavirələrinin keçirilməsi nəzərdə tutulurdu. Zona müşavirələrinin Lənkəranda, Şəkidə və Xaçmazda martın 11-də, Bakıda, Gəncədə, Ağcabədidə, Göyçayda və Şirvanda martın 12-də, Naxçıvanda isə martın 13-də təşkil olunacağı açıqlanmışdı.