Britaniyada klassik avtomobillərin hərracda satışı ilə bağlı dünyanın ən böyük alqı-satqı əməliyyatlarından biri gerçəkləşdirilib.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, İngiltərənin Berkşir qraflığındakı Askot səmtindəki Talasçört şəhərində yaşayan Con Kollinz 27 klassik avtomobildən ibarət kolleksiyanı satın alıb.
O, həmin avtomobillər üçün 20 milyon funt-sterlinq ödləyib.
Kolleksiyada 4 Aston Martin, 11 Ferrari, 1 Jaguar, 4 Lamborghini, 5 Mercedes və 2 Porsche var.
Milyarder C.Kollinz illərdən bəri Ferrari fanatı olsa da, bu dəfə kolleksiyasını başqa klassik modellər hesabına genişləndirmək qərarına gəlib.
Milli.Az













