Lent.az-ın məlumatına görə, Abşeron Rayon Mühafizə İdarəsinin əməkdaşları Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən Sənan Sultanova məxsus “Sima.F” aptekindən Mərkəzi Mühafizə Məntəqəsinə (MMM-ə) daxil olmuş “həyəcan” siqnalını yoxlayarkən, obyektin arxa pəncərəsinin dəmir barmaqlıqlarının sındırıldığını aşkar edilib. Obyektin daxilində oğurluğa cəhd edən Abşeron rayon sakini, 1973-cü il təvəllüdlü Yaqubxanov Gərayxan Yaqubxan oğlunu saxlanılaraq, Abşeron Rayon Polis İdarəsinə təhvil verilib.Abşeronda aptekdən oğurluq edən şəxs tutulub
Hadisə yerindən dəmir barmaqlığın sındırılmasında və plastik pəncərənin açılmasında istifadə olunan balta maddi sübut kimi götürülüb. Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.
Milli.Az