Dünən axşam saat 19:00-dan etibarən Gəncənin 6 kilovoltluq elektrik xəttində qəza baş verib. Kəpəz TV (Region TV) xəbər verir ki, nəticədə şəhərin Mahrasabağı yaşayış massivində yaşayan əhali 2 saat işıqsız qalıb. Gəncə Şəhər Elektrik Şəbəkəsinin işçilərinin müdaxiləsindən sonra elektrik enerjisinin verilişi bərpa edilib. Lakin 6 kilovoltluq elektrik xəttinin 1-ci və 2-ci hava xəttində baş verən qəzanı hələ də aradan qaldırmaq mümkün olmayıb. Qəza ilə bağlı şəhərin Eminbəyli və yaxın küçələrinə elektrik enerjisi vermək mümkün deyil. Gəncə Şəhər Elektrik Şəbəkəsindən verilən məlumata görə, həmin əraziyə elektrik enerjisi bu gün veriləcək.
Milli.Az