Milli.Az Kəpəz TV-yə istinadən əriştə-plovun hazırlanma qaydasını təqdim edir

Tərkibi: 

1 kq uzun düyü
1 kq əriştə
500 q lobya
300 q kərə yağı

üzərinə:

100 q kəklikotu
1 ç.q. duz
200 q qatıq


Əvvəlcədən düyünü yuyub 30 dəqiqə duzlu suda isladın. Lobyanı bişirib suyunu süzün.

Su qaynadıb duz əlavə etdikdən sonra düyünü töküb qaynadın. Süzənə yaxın lobya, sonra isə əriştə əlavə edib qarışdırın. 5 dəqiqə qaynadıqdan sonra süzün.

Dəmə qoyacağınız qazana yağ əlavə edib dağ edin, düyünü üzərinə töküb dəmə qoyun.15-20 dəqiqə dəmdə qalmalıdır.

Kəklikotunu əzib duzla birlikdə qatığa əlavə edin, qarışdırın.
 
Əriştə-plovu süfrəyə kəklikotulu qatıqla verin.

Nuş olsun! 

Milli.Az