Gürcüstanın sabiq prezidenti və Ukrayna prezidentinin məsləhətçisi, Gürcüstanın sabiq prezienti Mixail Saakaşvili Kiyevə köçəndən bəri hələ də avtomobil ala bilməyib.

ANS PRESS-in məlumatına görə, bu haqda siyasətçi "Şuster Live" verilişinin efirində bildirib.

Saakaşvilinin sözlərinə görə, o Hyundai almağa hazırlaşırmış, ancaq qiyməti baha olub: "Ukraynada "Hyundai"ın qiyməti Gürcüstanda Maseratinin qiymətinə bərabərdir".

Qeyd edilir ki, Saakaşviliyə ev tikmək üçün torpaq sahəsi almaq da nəsib olmayıb. Bu torpağın rəsmiləşdirilməsi üzrə prosedurlara görə alınmayıb.

Bundan əvvəl məlum olub ki, Ukrayna Gürcüstana Saakaşvilini təhvil verməkdən imtina edib.
Mənbə
ANS PRESS