ANS PRESS-in məlumatına görə, CAR-ın Yohannesburq şəhərində Mabunda Lourens adlı şəxs silsilə təcavüz hadisələrində ittiham edilib. 40 yaşlı adam keçən həftə keçirilən məhkəmədə 21 təcavüz, 13 oğurluq və bir öldürməyə cəhd etmək cinayətlərində günahkar bilinərək 525 illik həbs cəzasına məhkum edilib.
CAR mətbuatı Mabundaya "təcavüzçü-taksiçi" ləqəbi veriblər. Belə ki, o, qadınları evlərinə pulsuz aparmağı təklif edərək onları kimsəsiz yerə aparır, orada qadınları bıçaqla təhdid edərək zorlayıb. O, ilk cinayəti 2009-cu ilin avqustunda törədib. Lakin Mabunda yalnız 4 il sonra - 2013-cü ildə həbs edilib. DNT testləri nəticəsində onun digər cinayətlərlə də əlaqəli olduğu müəyyən edilib.
Mabundu Lourensin özü isə məhkəmə qərarını şikayət edəcəyini bildirib.


MənbəANS PRESS