Nyu-York və London birjasında neft fyuçerslərinin qiyməti ucuzlaşıb.

ANS PRESS-in məlumatına görə, amerikanın yüngül WTI markalı neftinin fyuçers qiyməti London birjasında 0,24% düşüb.

Bununla da onun qiyməti 1 barrelə 49,73 dollar səviyyəsinə enib.

Şimal dənizindən olan Brent markalı neftin fyuçerslərinin qiyməti isə Londonun ICE birjasında 0,92% enib.

Bununla da onun qiyməti 1 barrelə 59,23 dollar təşkil edib.

Qeyd edək ki, bir müddət əvvəl OPEC açıqlama vermişdi ki, bu il neftin qiyməti 60-70 dollar arasında olacaq.
Mənbə
ANS PRESS