Renault markası Cenevrə avtosalonunda Kadjar modelinin xüsusiyyətlərini açıqlayıb. Yeni yığcam krossover Nissan ilə birgə hazırlanmış CMF modul platformasında yığılıb və yeni nəsil Nissan Qashqai krossoverin fransız variantıdır. Yeni model ölçülərinə görə yapon avtomobilindən bir qədər böyükdür.
 
Milli.Az 4charx.com-a istinadən bildirir ki, krossover TomTom naviqasiyalı R-Link məlumat-əyləncə sistemi və aktiv təhlükəsizlik sistemləri – nəzərdə tutulan yol hərəkət zolağının tərk edilməsi haqqında xəbərdarlıq, “görünməyən zona”larda obyektlərin izlənməsi sistemi, qəza tormozlanması avtomat sistemi, parketmə assistenti və arxa görünüş kamerası ilə təchiz edilib.
 
Renault Kadjar krossoverinin eksteryeri Captur krossoveri və Clio heçbeki stilindədir. Modelin yoldan ara məsafəsi 19 santimetrdir.
 
Avtomobili təklif edilən üç mühərrikdən biri ilə sifariş etmək olar. Bunlar 110 at güclü 1,5 litrlik turbodizel, 130 at güclü 1,6 litrlik dizel və 130 at güclü 1,2 litrlik benzin mühərrikləridir. Krossover həm ön, həm də tam ötürmə sistemi ilə buraxılacaq.
 
Milli.Az