[ 09 Mart 2015 19:25 ]


Bakı - APA. Trans-Anadolu qaz kəmərinin (TANAP) Türkiyə ərazisindən keçən hissəsinin tikintisinə martın 17-də başlanacaq.

APA-nın Türkiyənin "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız deyib.

 

"TANAP həm Türkiyə, həm Azərbaycan olduqca əhəmiyyətli və strateji bir layihədir", - deyə nazir qeyd edib.