Anspress-in məlumatına görə, başlanğıc qiyməti 5 dollar olan havanın qiyməti cəmi bir neçə gün ərzində rekord həddə - 60 min 100 dollara çatıb. Havanın belə qiymətli olmasının səbəbi isə qabın üzərində reper Kanye Uestin adının göstərilməsi olub."eBay" internet-hərracında qablaşdırılmış hava satılıb.
Belə ki, havanı satan şəxs məhsul haqqında məlumatda bildirib ki, paketdəki hava reper Kanye Uestin konsertindəndir və içərisində reperin tər damcıları da olub.
ABŞ-ın Pensilvaniya ştatından olan satıcı bildirib ki, o, reper Kanye Uestin konserti vaxtı ilkin sıralardan birində oturmuşdu. Amma onun, həqiqətən də şouda olub-olmaması haqqında heç bir sübutu olmayıb. Buna görə də satışın bitməsinə iki gün qalmış məhsul saytdan çıxarılıb.
Milli.Az

