Bakı, 9 mart, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, ədliyyə naziri Fikrət Məmmədov tərəfindən martın 13-də Ağdaş rayonunda vətəndaşların qəbulu keçiriləcək.
Qəbulda Mingəçevir şəhərində, Ağdaş və Yevlax rayonlarında yaşayan vətəndaşların ədliyyə və məhkəmə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.
Ədliyyə Nazirliyi mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbul saat 12:00-da Ağdaş şəhərindəki Heydər Əliyev Mərkəzində (ünvan: Ağdaş Rayon İcra Hakimiyyətinin yanı) keçiriləcək.
Vətəndaşlar qəbula Göyçay regional ədliyyə şöbəsi (ünvan: Göyçay şəhəri, Nizami küçəsi, 111, əlaqə telefonu: (02027) 4-30-41, (050) 383-89-92, habelə Ədliyyə Nazirliyinin 510-10-01 (əlavə 2104), 055-925-37-41 nömrəli telefonları və contact@justice.gov.az elektron poçt ünvanı vasitəsilə, eləcə də Ağdaş şəhəri Heydər Əliyev Mərkəzində yazıla bilərlər.
Eyni zamanda, vətəndaşların rahatlığı üçün ədliyyə nazirinin həmin gün keçiriləcək qəbuluna elektron qaydada birbaşa yazılmaq imkanı yaradılıb. Bu məqsədlə Ədliyyə Nazirliyinin elektron xidmətlər portalına (www.exidmet.justice.gov.az) müraciət etmək lazımdır.