APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, martın 9-da, saat 03 radələrində Nəsimi rayonunda yaşayan Qafar Yusifovun mənzilində yanğın baş verib.Bakı sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib
Nəticədə ümumi sahəsi 20 kvm. olan 1 otaqlı evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb.
Yanğın söndürüldükdən sonra Q.Yusifovun meyiti tapılıb. Onun tüstüdən boğulduğu ehtimal olunur.
Milli.Az