[ 09 Mart 2015 13:36 ]



Bakı. Fuad Cəfərov – APA. Bakı sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

 

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, martın 9-da saat 03 radələrində Nəsimi rayonunda yaşayan Qafar Yusifovun mənzilində yanğın baş verib.

 

Nəticədə ümumi sahəsi 20 kvm. olan 1 otaqlı evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb.

 

Yanğın söndürüldükdən sonra Q.Yusifovun meyiti tapılıb. Onun tüstüdən boğulduğu ehtimal olunur.