Azərbaycan, Bakı, 9 mart /Trend, müxbir İlkin İzzət/

Həmyerlisinin ölümünə səbəb olmuş Beyləqan sakini tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 7-də Beyləqan rayonunun 1-ci Şahsevənli kəndində kənd sakini Şəhriyar Baxşəliyev münaqişə zəminində həmkəndlisi Hümbət Abdullayevi itələyib yıxıb. H.Abdullayevin başı daşa dəydiyindən hadisə yerində ölüb.

Beyləqan rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Baxşəliyev tutulub. Faktla bağlı araşdırma gedir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az